"Nürnberq"in gənc ulduzu Türkiyə yığmasını seçdi

17:39 - 28 Fevral 2024

AVRO-2024 öncəsi gənc ulduz Can Uzun milli komanda ilə bağlı seçimini edib. 

 

Manset.az xəbər verir ki, "Nürnberq"də çıxış edən 18 yaşlı Can Uzun Türkiyə millisini seçib. 

Bundesliqanın 2-ci diziyonunda göstəriyi oyunla diqqət çəkən 18 yaşlı Can Uzuna həm Almaniya, həm də Türkiyə millisindən təklif gəlmişdi.

Buna qədər futbolçu, "Arzum milli komandada oynamaqdır. Bu formanı geyindiyim üçün çox qürur duyuram" deyən Can Uzun bir müddət əvvəl Hamit Altıntopla görüşüb.

Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montella onu martın 22-də Macarıstan, 26-da isə Avstriya ilə keçiriləcək xüsusi oyunlar üçün namizəd heyətə çağırmağı planlaşdırır.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin