Roma Papası xəstəxanaya yerləşdirildi

23:36 - 28 Fevral 2024

Roma Papası xəstəxanaya yerləşdirildi

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk xəstəxanaya yerləşdirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Papa Fransisk İtaliyanın paytaxtı Romadakı “Gemelli - Isola Tiberina” xəstəxanasında bəzi diaqnostik testlərdən keçib.

Pontifikin martın 2-si Vatikanın Apostol Sarayında Almaniya Kansleri Olaf Şoltsla görüşdə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Qripə yoluxan pontifikin son günlərdəki bütün görüş və tədbirləri ləğv olunub. Bugünkü görüşdə isə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.

87 yaşlı Papa Fransisk indiyədək üç dəfə, bu il isə iki dəfə xəstəxanaya yerləşdirilib. O, kəskin və yoluxucu bronxit olduğunu bildirib. Ağciyər iltihabından əziyyət çəkən Roma Papası səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyib. Pontifik diz ağrısı səbəbindən bir müddətdir uzun səfərlər zamanı əlil arabasından istifadə edir.


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin