Qızının toyuna 100 milyon dollar xərcləyən milyarder oğlunun toyuna hazırlaşır - FOTO

10:47 - 29 Fevral 2024

Qızının toyuna 100 milyon dollar xərcləyən milyarder oğlunun toyuna hazırlaşır - FOTO

Hindistanın ən zəngin adamı Mukeş Ambani gələn ay kiçik oğlu, 28 yaşlı Anant Ambani üçün dünyanın ən bahalı toy mərasimini keçirməyə hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hindistanlı milyarderin toy üçün dünya şöhrətli müğənni Rihanna ilə razılaşdığı bildirilir.

Partidə məşhur müğənni Rihannanın çıxış edəcəyi, illüziyaçı Devid Bleynin isə xüsusi şou göstərəcəyi gözlənilir. Qonaq siyahısında hindli milyarderlərdən tutmuş Bollivud məşhurlarına qədər hər kəsin olduğu, Bill Qeyts, Mark Zukerberq və İvanka Trampın da olduğu bildirilib. Toyda qonaqların eyni yeməyi yeməsinin qarşısını almaq üçün 3 gün ərzində 2500 ayrı menyunun təqdim edilməsi gözlənilir.

Toy şənlikləri martın 1-də Qucaratda 3000 hektarlıq bağda təşkil olunacaq. Bağda 10 milyondan çox ağacın və Asiyanın ən böyük manqo bağının olduğu, həmçinin, Ambaninin heyvanların xilasetmə və reabilitasiya mərkəzinin də olduğu bildirilir. Bağda həm Hindistandan, həm də dünyanın hər yerindən bəbirlər, pələnglər, şirlər də daxil olmaqla 2000 xilas edilmiş heyvan yaşayır.

28 yaşlı bəy Hindistanın ən böyük dərman şirkətlərindən biri olan Encore Healthcare-i idarə edən işgüzar ailənin qızı 29 yaşlı Radhika Merchant ilə evlənəcək.

İyulda keçirilməsi gözlənilən toyun tam təfərrüatları hələlik ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, Ambani 2018-ci ildə qızının toyuna Beyonsu dəvət etmişdi. Ailə həmin toya 100 milyon dollar xərcləmişdi.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin