“Atəşkəs” istəyən israilli rejissora təhdid: “Evə dönə bilmirəm”

12:00 - 29 Fevral 2024

“Atəşkəs” istəyən israilli rejissora təhdid: “Evə dönə bilmirəm”

74-cü Berlin Film Festivalında "Sənədli Film Mükafatı"nı qazanan israilli kinorejissor və jurnalist Yuval Abraham mərasimdəki çıxışına görə ailəsinin ölümlə hədələndiyini və İsrailə dönə bilmədiyini bildirib.

 

Manset.az-ın xarici mediaya isatinadən məlumatına görə, Abraham “Başqa diyar yox” (No Other Land) filminə görə mükafat aldıqdan sonra filmi çəkən rejissor kollektivindən olan fələstinli həmkarı Basel Adra ilə səhnəyə çıxıb.

O, həmkarına eyni coğrafiyada biri blokada, digəri azad iki ayrı hissədə yaşadıqlarını və aparteid rejiminin sona çatması lazım olduğunu ifadə edib.

Abraham İsrailin Qəzza müharibəsinə qarşı atəşkəs tələb edib, Fələstin və İsrail arasındakı bərabərsizliyə son qoyulmasını istəyib.

Dünən gecə evinin israilli ifrat sağçı dəstələrin hücumuna məruz qaldığını, ətrafının və ailə üzvlərinin təhdid edildiyini izah edib.

Abrahamın çıxışı İsrail kanallarında hədəf göstərilib. Dünənki yazısında Abraham təhdidlərin hələ də davam etdiyini qeyd edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin