Hərbiyə alternativ xidmət yaradılsın - Təklif

12:13 - 29 Fevral 2024

Hərbiyə alternativ xidmət yaradılsın - Təklif

“Alternativ xidmət haqqında” qanunun hazırlanması və qəbul edilməsi təklif edilir.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində təsbit edilib ki, vətəni müdafiə hər bir vətəndaşın borcudur.

Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Qeyd edilənləri nəzərə alaraq, Ombudsman “Alternativ xidmət haqqında” qanunun hazırlanmasını və qəbul edilməsini məqsədəmüvafiq hesab edir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin