Damar yolu 8 dəfə tapılmayan qatilin edamı ləğv olundu

14:15 - 29 Fevral 2024

Damar yolu 8 dəfə tapılmayan qatilin edamı ləğv olundu

ABŞ-də edam hökmü verilmiş məhbuslardan biri, qatil Tomas Eugene Creechin edamı ölümcül iynə vurmaq üçün damar yolu tapa bilinmədiyi üçün dayandırılıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, səkkizinci cəhddən sonra edam ləğv edilib.

73 yaşlı Creech 1974-cü ildə həbs edilib və üç ştatda beş qətldə təqsirli bilinib.

O, bir neçə qətldə də şübhəli olub.

Creech, 1981-ci ildə məhbus yoldaşı 22 yaşlı David Dale Jenseni döyərək öldürəndə artıq ömürlük həbs cəzasına məhkum idi.

Edam cəzasına gəlincə isə səhər saat 10-da Creech sedyedə Aydaho Təhlükəsizlik Təşkilatının edam otağına aparılıb.

3 tibb qrupu tərəfindən dəfələrlə onun damar yoluna iynə vurmağa cəhd etsələr də bütün proseslər uğursuz olub.

Creechin vəkilləri dərhal ABŞ dairə məhkəməsinə yeni həbs-qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldıraraq bildiriblər ki, “uğursuz edam cəhdi” departamentin “insani və konstitusiyaya uyğun edam həyata keçirə bilmədiyini” sübut edir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin