Ermənistanda saxlanılan əsgərimizlə bağlı Qızıl Xaç Komitəsindən AÇIQLAMA

14:29 - 29 Fevral 2024

Ermənistanda saxlanılan əsgərimizlə bağlı Qızıl Xaç Komitəsindən AÇIQLAMA

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Xidməti vəzifəsini yerinə yetirərkən hava şəraiti səbəbindən azan hərbçimizin Ermənistanda hansı şəraitdə saxlanılması ilə bağlı hələ ki məlumatlar yoxdur. 

Maraqlıdır, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan əsgərimiz Ruslan Pənahova baş çəkəcəklərmi? 

Manset.az xəbər verir ki, qurumun mətbuat katibi İlahə Hüseynova Bizim.Media-nın sorğusunu belə cavablandırıb:

“Biz məsələ barədə məlumatlıyıq və aidiyyəti qurumlarla ikitərəfli konfidensial dialoq aparırıq. Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə rəftar və saxlanma şəraitini monitorinq etmək və onların ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir”.

Qeyd edək ki, hərbçi Ruslan Pənahov barəsində Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama və digər maddələr ilə cinayət işi açıb. Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub. Hazırda işin detalları aydınlaşdırılır.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin