Sabahdan “Telegram” bu istifadəçilərinə ÖDƏNİŞ EDƏCƏK

15:45 - 29 Fevral 2024

Sabahdan “Telegram” bu istifadəçilərinə ÖDƏNİŞ EDƏCƏK

Gələn aydan etibarən “Telegram” kanalı sahiblərinə işlərinin qarşılığında pul ödənilməyə başlanılacaq.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “Telegram”ın təsisçisi Pavel Durov açıqlama verib.

Bundan əvvəl messencer üçün 100-ə yaxın yeni ölkədə reklam platforması istifadəyə veriləcək.

Ancaq bir nüans var: ödənişlər TON blokçeyni və Toncoin kriptovalyutası vasitəsilə həyata keçiriləcək. Bu xəbərin fonunda sonuncunun qiyməti 25% bahalaşıb.

“Mart ayında “Telegram” Reklam Platforması demək olar ki, yüz yeni ölkədə rəsmi olaraq bütün reklamçılar üçün açıq olacaq. Bu ölkələrdəki kanal sahibləri “Telegram”ın öz kanallarında reklam göstərməkdən əldə etdiyi gəlirin 50%-ni almağa başlayacaqlar”, - deyə Pavel Durov bildirib.

Kanal sahibləri bu pulla nə edəcəyini seçə bilər. Onu nağdlaşdırmaq, yaxud da kanalları tanıtmaq və modernləşdirmək üçün yenidən investisiya etmək mümkün olacaq.

Xatırladaq ki, “Telegram”da reklam 2021-ci ilin sonunda peyda olub. O, yalnız 1000 və ya daha çox abunəçisi olan kanallarda göstərilir, söhbətlər, şəxsi söhbətlər və ya qruplar siyahısında göstərilmir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin