NATO ölkələrinə “nüvə müharibəsi” xəbərdarlığı

16:37 - 29 Fevral 2024

NATO ölkələrinə “nüvə müharibəsi” xəbərdarlığı

Rusiya prezidenti Vladimir Putin xalqa illik müraciətində Rusiyanın ABŞ-la strateji sabitlik üzrə dialoqa hazır olduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya lideri NATO qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı müzakirələrlə bağlı “nüvə münaqişəsi” barədə xəbərdarlıq edib.
Prezident seçkilərinə təxminən iki həftə qalmış danışan Putin bildirib ki, rusiyalıların mütləq əksəriyyəti Ukraynaya qarşı “xüsusi hərbi əməliyyatı” dəstəkləyir.

Heç kimin Rusiyanın daxili işlərinə qarışmasına imkan verməyəcəklərini ifadə edən Putin, “Qərb Rusiyanı daxildən zəiflətməyə çalışır” deyib.

Çıxışına davam edən Putin, "Ordumuzun Ukraynada təşəbbüsü var, o, yeni bölgələri azad edir. Biz münaqişəyə son qoymaq və xüsusi hərbi əməliyyat tapşırıqlarını həll etmək üçün hər şeyi edəcəyik" deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin