NATO-dan Türkiyə helikopterləri ilə bağlı PAYLAŞIM

18:05 - 29 Fevral 2024

NATO-dan Türkiyə helikopterləri ilə bağlı PAYLAŞIM

NATO Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İngiltərə və ABŞ-ın iştirakı ilə İtaliya Hərbi Dəniz Qüvvələrinin ev sahibliyi etdiyi Dynamic Manta 2024 təlimində türk helikopterinin fəaliyyətlərini paylaşıb.

 

Bu barədə Manset.az CNN Türk-ə istinadən xəbər verir. 

NATO-nun verdiyi açıqlamada, "Türkiyə Dəniz Helikopteri, NATO-nun "Dynamic Manta 2024" böyük sualtı qayıqlara qarşı döyüş təlimi zamanı müttəfiqlərin sualtı qayığına insan və materialların daşınması üçün istifadə edilən burulma manevrini yerinə yetirir" qeyd edilir.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az