“Boşanmış qadın nə qədər təmiz olsa da, ona kənardan pis gözlə baxırlar”

22:10 - 29 Fevral 2024

“Boşanmış qadın nə qədər təmiz olsa da, ona kənardan pis gözlə baxırlar”

"Boşanan qadınları hər zaman qınamışam. Anam deyirdi ki, "Leyla, dünya dağılsa da sən boşanmayacaqsan".

 

Manset.az xəbər verir ki, bu sözləri azxeber.com-a müsahibəsində müğənni Leyla Rəhimova deyib.

O, ilk dəfə xəyanətlə bağlı suala cavab verib:

"Mən zamanında boşanan qadınları çox qınamışam, sonunda başıma gəldi. Baxırdım deyirdim ki, axı yoldaşı yaxşıdır, niyə boşanır? Mən ailə quranda dedim ki, nə də olsa, dözəcəyəm. Düşünürdüm ki, məni onun kimi sevən bir də olmayacaq.  Mənim səhvim onda olub ki, mən heç vaxt özümü sevməmişəm və elə bilirdim ki, məni heç kəs sevməz.  Onunla tanış olanda o qədər sevgi göstərdi ki, dedim elə budur. Birdən- birə heçnə olmur təbii ki. Bir il öncədən problemlərimiz başlamışdı. Amma anam hər zaman deyirdi ki, "Leyla, dünya dağılsa da sən boşanmayacaqsan".  Mən bir şeyi hiss edirəmsə, o olur və boş yerə qısqanmamışam heç vaxt, səbəblər olub. Bəzi şeylər var, açıqlamaq istəmirəm. Çünki o övladlarımın atasıdır. Mən hər zaman boşanmaqdan qorxmuşam. Ona görə də gec ailə qurmuşam. İstədim ki, ailəm ömürlük olsun, üzərimdə "boşanmış qadın" adı olmasın. Çünki boşanmış qadın nə qədər də təmiz olsa, ona kənardan pis gözlə baxırlar. Ona görə də mən hər şeyə dözməyə hazır idim".

Leyla, boşanma qərarını həyat yoldaşının verdiyini etiraf edib:

"Bilən bilir ki, bu ayrılıq paylaşımını qarşı tərəf edib, mən yox. Çünki problemlərimiz olsa da, hardasa düşünürdüm ki bəlkə düzələcək... Bakıya gəldik, münasibətlərimiz normallaşmağa doğru gedirdi. Hətta Azərbaycana qayıtmağı da düşünürdük, burada yaşayacaqdıq, olmadı.  Amma o paylaşımı görəndən sonra dedim ki, çox qırılmışam, əsla barışmaram çünki artıq heç nə əvvəlki kimi ola bilməz".


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin