Mürsəl İbrahimov bir neçə rəisi işdən çıxardı

21:33 - 29 Fevral 2024

Mürsəl İbrahimov bir neçə rəisi işdən çıxardı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kadr islahatları başlayıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  Xidmət rəisi Mürsəl İbrahimovun əmri ilə bir sıra rayonların rəisləri vəzifəsindən azad edilərək sərəncama götürülüb. 

Bundan əlavə bəzi rayonların rəislərinin xidməti yerləri dəyişdirilərək rotasiya olunublar. 

Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, kadr islahatlarında məqsəd daha şəffaf və dürüst xidmət təşkil etmək və vətəndaş məmnuniyyətini yüksəltməkdir. 

İslahatlar davam edir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin