Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır.
Manset.az xəbər verir ki, ilk belə xidmət martın 9-da Köln şəhərində göstəriləcək.
Məlumata görə növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq. Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ xidmət göstərməkdir.