“Çelsi” futbolçusu ilə yeni müqavilə bağladı: İcarəyə göndərdi

22:35 - 29 Fevral 2024

“Çelsi” futbolçusu ilə yeni müqavilə bağladı: İcarəyə göndərdi

“Çelsi” qapıçısı Lukas Berqströmla yeni müqavilə imzalayıb.

 

Manset.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, finlandiyalı qolkiperlə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb. 

London təmsilçisi daha sonra onu 2025-ci il yanvarın 1-dək İsveç “Brommapoykarna”sına icarəyə verib.

Lukas bu mövsüm 22 dəfə “Çelsi”nin heyətində yer alıb. O, mövsümlərarası fasilədə komanda ilə ABŞ-da keçirilən turnirdə bir neçə dəqiqə oynayıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin