AFFA-nın baş mütəxəssisi UEFA-dan təyinat aldı

14:21 - 6 Mart 2024

AFFA-nın baş mütəxəssisi UEFA-dan təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

 

Manset.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Z.Ağayeva 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 14-dən 20-dək Niderlandda təşkil olunacaq A liqasının 5-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, bu qrupda İspaniya, Niderland, Ukrayna və Türkiyə yığmaları mübarizə aparacaqlar.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin