Odessada partlayış baş verdi

16:02 - 6 Mart 2024

Odessada partlayış baş verdi

Ukraynanın Odessa şəhərində partlayış baş verib.

 

Manset.az xəbər verir ki, Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper şəhər sakinlərini sığınacaqlara getməyə çağırıb.

Bakı vaxtı ilə saat 13:48-dən etibarən Ukraynanın bir neçə vilayətində həyəcan siqnalı işə düşüb.

Qeyd edək ki, martın 6-na keçən gecə Odessa, Sum və Xmelnitski vilayətində partlayışlar barədə məlumat yayılıb. Qaz kəmərinə, bir neçə yaşayış binasına və istirahət obyektinə ziyan dəyib. Sum vilayətinin rəhbəri vəzifəsini icra edən Artyom Kobzar kritik infrastruktur obyektinə, Xmelnitski vilayətinin administrasiyası isə infrastruktur obyektinə ziyan dəydiyini bildirib. Bir neçə qəsəbənin sakinləri işıqsız qalıblar.

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, hücumlar yalnız Ukraynanın hərbi və enerji obyektlərinə və əlaqədar infrastrukturlara edilir.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin