Boşanmağa hazırlaşan müğənni övladlarının sənədlərini ala bilmir

00:26 - 7 Mart 2024

Boşanmağa hazırlaşan müğənni övladlarının sənədlərini ala bilmir

Boşanma ərəfəsində olan müğənni Leyla Rəhimova uşaqlarının sənədlərini ala bilmir.

 

Manset.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng səhər" proqramında deyib. O bildirib ki, hazırda ABŞ-də olan həyat yoldaşı övladlarının sənədlərini vermir:

"Amerika səfirliyi ilə məsələni həll etmək istəyirik. Atasıdır, uşaqları istəməlidir. Amma problem yaradır".

Leyla əlavə edib ki, ayrıldığı həyat yoldaşı övladlarını ondan almaq istəyir. İfaçı məhkəməyə müraciət etdiyini, rəsmi boşanmanını hələ baş tutmadığını söyləyib. 

Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib. 

Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Cütlüyün 3 övladı var.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin