"Bavariya" onunla müqaviləni uzatdı

00:42 - 7 Mart 2024

"Bavariya" gənc hücumçusu Mathis Tellə yeni müqavilə imzalayıb. 

 

Manset.az  Münhen klubunun saytına istinadən xəbər verir ki, onunla müqavilənin müddəti 2028/2029 mövsümünün sonuna qədər uzadılıb. Daha əvvəl Tellə "Mançester Yunayted"in maraqlandığı bildirilirdi.

Qeyd edək ki, futbolçu 2022-ci ilin yayından “Bavariya”da çıxış edir. Bu mövsüm forvard Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 30 oyuna çıxıb, 6 qol vurub və 4 qolun ötürməsini verib. 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin