Almaniya İsraili qınadı

09:47 - 7 Mart 2024

Almaniya İsraili qınadı

Almaniya Xarici İşlər Nazirliyi İsrail hökumətinin İordan çayının qərb sahilində 3500 ev tikməsinə icazə verməsini pisləyən bəyanatla çıxış edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyi açıqlamasında “İordan çayının qərb sahilində yeni məskunlaşmaların təsdiqini birmənalı olaraq pisləyirik və İsrail hökumətini qərarlarını dərhal geri götürməyə çağırırıq” deyib.

Bəyanatda İsrailin işğal etdiyi Fələstin torpaqlarında yaşayış məskənləri salmaq siyasətinin beynəlxalq hüququn ciddi şəkildə pozulması olduğu bildirilib və bunun iki dövlətli həll yolunda bütün səyləri baltaladığı vurğulanıb.

Bəyanatda işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmaların inşasına heç bir bəraət qazandırılmadığı vurğulanıb və yaşayış məntəqələrinin genişləndirilməsinin bölgədəki bütün insanlar üçün sülh və təhlükəsizliyi eyni dərəcədə təhlükə altına atdığı vurğulanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin