Muxtar Babayev Dünya İqlim Fondunun Prezidenti ilə görüşdü

09:50 - 7 Mart 2024

Muxtar Babayev Dünya İqlim Fondunun Prezidenti ilə görüşdü

Dünya İqlim Fondunun Prezidenti Yens Nilson ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya nazirlikdən məlumat verilib.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin