Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.
Bu barədə Manset.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.