İçərişəhərdə "Ramazan turu"

15:18 - 7 Mart 2024

İçərişəhərdə

Ramazan ayının gəlişi münasibətilə İçərişəhərin dini abidələrini bələdçilərin müşayiəti ilə ziyarət etmək üçün “Ramazan turu”nu təqdim edirlir.  

“Ramazan turu” 9 mart 2024-cü il tarixindən etibarən hər həftənin şənbə günləri saat 16:30-da qrup piyada turu şəklində baş tutacaq. 

Turun marşrutu Şirvanşahlar Saray məscidləri, Sıratağlı Dini-memarlıq kompleksi, Seyid Yəhya Bakuvi türbəsi, Məhəmməd məscidi, Bəylər məscidi, Cümə məscidi və İçərişəhərdəki digər məscidləri əhatə edəcək.

Azərbaycan, ingilis və rus dillərində təqdim olunan turlarda 1 nəfər üçün bilet qiyməti 15 AZN təşkil edir. 

Biletləri İçərişəhər Turizm İnformasiya Mərkəzinin (Böyük Qala küçəsi 55, Qoşa Qala qapısının yanı) kassalarından əldə edə bilərsiniz. 

Daha ətraflı məlumat üçün 012 505 94 15 ilə əlaqə saxlayın. 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin