Şahin Mustafayev Qriqoryanla sərhədlərin delimitasiyasını MÜZAKİRƏ ETDİ

18:16 - 7 Mart 2024

Şahin Mustafayev Qriqoryanla sərhədlərin delimitasiyasını MÜZAKİRƏ ETDİ

7 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə yeddinci görüş keçirilib.

 

Manset.az xəbər verir ki, görüş Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə keçirilib. 

Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.

Tərəflər, həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin