Formula 1 həyəcanı davam edir: Bu dəfə

18:36 - 7 Mart 2024

Formula 1 həyəcanı davam edir: Bu dəfə

Səudiyyə Ərəbistanı Formula 1 dünya çempionatında mövsümün ikinci yarışına ev sahibliyi edəcək.

Bu barədə Manset.az Sözcü-yə istinadən xəbər verir.

Ciddədə 6,1 kilometr uzunluğunda Korniş Circuitində keçiriləcək yarış 50 dövrədən çox olacaq.  Seçmə mərhələlər sabah saat 20.00-da, yarış isə şənbə günü, martın 9-da eyni vaxtda başlayacaq.

Qeyd edək ki, Red Bull-dan holland Maks Ferstappen Bəhreyndə mövsümün ilk yarışında qalib gəlib.

Səudiyyə Ərəbistan Qran Prisində r sürücülər və komandaların təsnifatında ilk 5 yer aşağıdakılardı:

Pilotlar
1. Maks Verstappen (Hollandiya): 26 xal
2. Serxio Peres (Meksika): 18
3. Karlos Sayns (İspaniya): 15
4. Çarlz Lekler (Monako): 12
5. Corc Rassel (Böyük Britaniya): 10
Komandalar
1. Red Bull: 44
2. Ferrari: 27
3. Mercedes: 16
4. McLaren: 12
5. Aston Martin: 3

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin