Sumqayıt Tibb Mərkəzi xanım əməkdaşlarını təbrik etdi - FOTO

18:43 - 7 Mart 2024

Sumqayıt Tibb Mərkəzi xanım əməkdaşlarını təbrik etdi - FOTO

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə STM-nin aparatında çalışan xanımların iştirakı ilə tədbir keçirilib.

 

Manset.az xəbər verir ki, STM-nin direktoru Elnur Azadxanov çıxış edərək bildirib ki, qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Qeyd edib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib.

Direktor STM-nin qazandığı uğurlarda qadınların rolunu və ümumi işə əvəzsiz töhfələr verdiklərini vurğulayıb.

E. Azadxanov qadınları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda bir qrup xanım əməkdaş onlara göstərilən diqqətə görə STM-nin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin