Selcuk İnan 1 il sonra Superliqaya qayıdır

07:00 - 8 Mart 2024

Selcuk İnan 1 il sonra Superliqaya qayıdır

Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Manset.az "Ajanspor"a istinadən xəbər verir ki, Superliqa təmsilçisi Selçuk İnanla razılaşıb. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlamanın veriləcəyi bildirilir. Selcuk İnan bu vəzifədə ötən gün istefaya göndərilən Marius Şumudikanı əvəzləyəcək.

Qeyd edək ki, Selçuk İnan "Qalatasaray"da köməkçi məşqçi, "Kasımpaşa"da isə baş məşqçi kimi çalışıb. O, bir ildir ki, işsizdir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin