“Mollalıq edə bilərəm” – Xatun “yeni peşə”sindən danışdı

07:49 - 8 Mart 2024

“Mollalıq edə bilərəm” – Xatun “yeni peşə”sindən danışdı

"Bir işim ola bilər ki, mollalıq edə bilərəm. Belə bir şey ola bilər".

 

Manset.az  axşam.az-a istinadla xəbər verir ki, bunu müğənni Xatun bildirib.

O, bacara biləcəyi başqa peşədən danışıb: " Restoran olarsa, yemək bişirmək mənim üçün çox maraqlıdır. Amma bişirməyi yadırğamışam. Çünki özüm yeməyi sevirəm. Heç vaxt da arıq olmamışam. İndi də arıqlayanda deyirəm ki, görəsən nə xəstəliyim var? Arıq olmağı da sevmirəm. Əsas odur ki, sağlam olasan".

Xatun müğənnilərin başqa bizneslə məşğul olmasının onların işinə də təsir etdiyini bildirib:

"Restoranım yoxdur, rəhmətlik qardaşım Balaşın adı ilə bağlı salon açmışdım. İnanın ki, çox çətindir. Məkanı icarəyə götürəndə çətin olur. Çünki qazanc stabil olmur. Kirayənin pulunu bəzən cibindən verməli olursan, heç xeyir də qalmır.

Müğənnilərdən kimin restoranı var ki? Cəhd edənlər olub, amma uğursuz nəticələnib. Bizdə belə bir şey var, restoran işinə girişəndə, səni artıq məclislərə dəvət etmirlər. Hətta mən aparıcılıqla məşğul olanda məni toya bu işlə məğul olmağa çağırırdılar. Düşünürəm ki, müğənnilərin belə işi varsa, bunu gizlicə etsinlər, yoxsa toydan pul qazana bilməyəcəklər".


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin