Şimali Koreya “düşmənin paytaxtını” vura bilən artilleriya təlimləri keçirdi

12:55 - 8 Mart 2024

Şimali Koreya “düşmənin paytaxtını” vura bilən artilleriya təlimləri keçirdi

Şimali Koreya Xalq Ordusunun bölmələri Kim Çen Inın rəhbərliyi altında irimiqyaslı artilleriya təlimləri keçirib.

 

Manset.az xəbər verir ki, təlim çərçivəsində Seula zərbə endirməyə qadir olan uzaqmənzilli silahlardan atəş açılıb.

Təlimlərdə KXDR Müdafiə Nazirliyinin rəhbəri Kanq Sun Nam və KPA Baş Qərargahının rəisi Li Yonq Gil də iştirak ediblər. Manevrlər “düşmənin paytaxtını hücuma məruz qoyan” uzaqmənzilli artilleriya birləşmələrinin atəşi ilə başlayıb. Onların məqsədinin artilleriya bölmələrinin atəş zərbəsi endirmək qabiliyyətini sınaqdan keçirmək və qiymətləndirmək olduğu bildirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin