32 ildən sonra Laçında toy oldu - FOTOLENT

18:13 - 8 Mart 2024

32 ildən sonra Laçında toy oldu - FOTOLENT

32 ildən sonra ilk dəfə olaraq Laçın rayonun Zabux kəndində toy olub.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, Zabux kənd sakinləri Nurlan Əlizadə və Gülnar Cəfərovanın toy mərasimi Zabux kəndində qeyd olunub.

Toy mərasimi kənddə qurulmuş mağarda keçirilib. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrabaları, kənd sakinləri ilə bərabər Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak edib. Toy mərasimində öncə Dövlət Himni səsləndirilib, ehtiram əlaməti olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər bəylə gəlinə xeyir-dua veriblər və toy şənliyi keçirilib.

Qeyd edək ki, Zabux kəndində​ 211 ailə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin yeni tikilən evlərdə yaşaması üçün hər cür şərait yaradılıb.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin