Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik - XİN

20:12 - 8 Mart 2024

Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik - XİN

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya fikir və mətbuat azadlığının hədəf alındığı, əsassız həbslər həyata keçirildiyi barədə 8 mart tarixli bəyanatını qətiyyətlə rədd edirik.

 

Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

"Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndiririk.

İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, qanunvericilik strukturlarında geniş rüşvətxorluq və korrupsiya hallarının yayıldığı, İslamofobiya və müsəlmanlara qarşı hücum hallarının geniş yayıldığı, bu, habelə bir sıra digər insan hüquqları pozuntularına qarşı tədbirlər görməyən Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur.

Azərbaycanda fundamental hüquq və azadlıqlar, eləcə də media azadlığı tam olaraq təmin edilir.

Bir daha, Azərbaycanın daxili işlərinə qarışmamağı Fransa tərəfindən tələb edirik" - bəyanatda deyilib.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin