Zelenski onun işindən narazıdır - Nazir istefaya göndərilə bilər

23:19 - 8 Mart 2024

Zelenski onun işindən narazıdır - Nazir istefaya göndərilə bilər

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin xarici işlər naziri Dmitri Kulebanın vəzifəsindən azad edilməsi məsələsini nəzərdən keçirir. 

 

Manset.az xəbər verir ki, bu barədə "Strana" nəşri yazıb.

Nəşr qeyd edir ki, Kulebanın Böyük Britaniyaya səfir göndərilməsi nəzərdə tutulurdu, lakin bu vəzifəni Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı tutub.

“Kulabaya çoxlu suallar var. Xüsusən də Xarici İşlər Nazirliyi tərəfindən namizədliyi verilən səfirlərlə bağlı çoxlu şikayətlər var. Prezident Aparatı ümumiyyətlə Xarici İşlər Nazirliyindən narazıdır", - nəşr qeyd edib.

Mənbənin sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri postuna ən çox ehtimal olunan namizədlərdən biri prezident aparatının rəhbərinin hazırkı müavini, xarici siyasətə nəzarət edən İqor Jovkvadır.

Qeyd edək ki, bu gün, martın 8-də ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko da vəzifəsini tərk edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin