Ağcəbədidə sakinlər tüfənglərini polisə təhvil verdilər

12:15 - 9 Mart 2024

Ağcəbədidə sakinlər tüfənglərini polisə təhvil verdilər

Ağcabədi rayonunda vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, görülən işlərin nəticəsi olaraq daha 4 müxtəlif kalibrli tüfəng könüllü təhvil verilib. Vətəndaşlara bu nümunəvi davranışları üçün təşəkkür olunub.

Bundan başqa, ötən gün rayon ərazisindən aşkar olunan 1 ədəd “Kalaşnikov” markalı avtomat və xeyli sayda patron da polis əməkdaşları tərəfindən həmin ünvandan götürülüb.


Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin