Türkiyədə mikroavtobuslar toqquşdu - 27 yaralı

12:30 - 9 Mart 2024

Türkiyədə mikroavtobuslar toqquşdu - 27 yaralı

Türkiyənin Bartın şəhərində iki servis avtobusunun toqquşması nəticəsində 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, eyni istiqamətdə gedən iki servis avtobusu toqquşaraq aşıb.

Hadisə yerinə çox sayda polis əməkdaşları və tibbi personal cəlb olunub.

Servis avtobuslarından birinin sürücüsü hadisə yerində ölüb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Hadisə ilə bağlı istintaq başladılıb.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin