Aygün Bəylərin qızı anasının vəfatından sonra ilk dəfə... - VİDEO

15:14 - 9 Mart 2024

Aygün Bəylərin qızı anasının vəfatından sonra ilk dəfə... - VİDEO

Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan anasının vəfatından sonra ilk dəfə açıqlama verib.

 

Manset.az OLAY-a istinadən xəbər verir ki,  “Xəzər axşamı”ndan Anar Salehoğlu sənətçinin evində olub. Canan süjetdə öz arzularından söz açıb:

“Avropa Azərbaycan Məktəbində oxuyuram. Uşaqlıqdan çox arzularım olub. Mən də müəllim olmaq istəmişəm. Sonra fikrimi dəyişdim ki, musiqiçi olacağam. İndi fikirləşirəm ki, böyüyəndə alınsa, rəssam olacam. Alınmasa, animasiya düzəldəcəyəm. “Bülbül”də iki il oxudum. Forte-piano üzrə təhsil alırdım. İkinci sinifdə fikir verdim ki, istəmirəm, heç ev tapşırığı etmirəm. Dedim, ana, mən musiqini istəmirəm, niyə gönədərirsən? Sonuncu öyrətdiyi mahnı “Özün günahkarsan” olub. Anamın portretini çəkə bilərəm. Bəlkə gözlərini dəfələrlə silib yenidən çəkmişəm. Rəssamlıqla bağlı kursa getmişəm. Anam görürdü, deyirdi kaş məni də belə çəkəsən. Evdə mahnı qoşurdu oxumağa, oynamağa başlayırdı. Mən də onunla akkord tuturdum, yanında ifa edirdim. Səhvlərimi göstərirdi, mən də düzəldirdim. İstəyirdi ki, musiqi ilə məşğul olum. Sadəcə musiqini anlayırdım, musiqi məni sevirdi, mən onu yox”.  

Sonda proqramın adından A. Bəylərin qızına gül buketi bağışlanıb və onun 8 Martı təbrik edilib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin