Kanadada tələbə bir ailənin 14 üzvünü öldürdü

18:24 - 9 Mart 2024

Kanadada tələbə bir ailənin 14 üzvünü öldürdü

Kanadanın paytaxtı Ottavada naməlum şəxs bıçaqla 14 nəfəri öldürüb.

 

Manset.az Lent.az-a istinadla bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 19 yaşlı şri-lankalı tələbə saxlanılıb. Polis onun həmyerliləri olan mərhumların ailəsini tanıdığını güman edir.

Kanadanın baş naziri Castin Trüdo başsağlığı verib və amansız qətl xəbərinin onu şok vəziyyətinə saldığını bildirib. O, bu cinayətin hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını istəyib.

Kanada paytaxtının meri bildirib ki, bu, şəhərin tarixində ən dəhşətli qətllərdən biridir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin