Bayden Trampın Orbanla görüşünü tənqid etdi

20:22 - 9 Mart 2024

Bayden Trampın Orbanla görüşünü tənqid etdi

ABŞ Prezidenti Cozef Bayden sabiq ölkə lideri Donald Trampın Florida ştatında Macarıstanın Baş naziri Viktor Orbanla görüşünü tənqid edib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

“Bilirsiniz, bu gün o (Tramp – red.), Mar-a-Laqoda kiminlə görüşür? Qətiyyətlə demokratiyanın işlədiyinə inanmadığını deyən və diktatura axtaran Macarıstandakı Orbanla”, – Bayden deyib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, o, “demokratiyanın gözdən salındığı deyil, müdafiə olunduğu” gələcəyin tərəfdarıdır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin