Polşada fermerlər kütləvi etirazlara hazırlaşırlar

21:39 - 9 Mart 2024

Polşada fermerlər kütləvi etirazlara hazırlaşırlar

Polşalı fermerlər martın 20-də bütün Polşa ərazisində genişmiqyaslı etiraz aksiyası keçirəcəklərini elan ediblər.



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, elana əsasən həmin tarixdə saat 7:00-dan 19:00-a qədər bütün Polşa ərazisində həyat dayanacaq.

“Uşaqlar məktəbə getməyəcək, insanlar işə getməyəcək. Başqa seçimimiz yoxdur. Təsərrüfatlarımız iflas ərəfəsindədir, biz hər şeyi etməliyik ki, hökumət bizi ciddi qəbul etməyə başlasın. Biz davam etməliyik. Yaranan narahatlığa görə üzr istəyirik”, - deyə fermer bildirib.

Qeyd edilib ki, fermerlər üç əsas tələb irəli sürürlər:

Yaşıl Sövdələşmənin zərərli müddəalarından çıxmaq;

Avropa İttifaqı (Aİ) hüdudlarından kənardan kənd-ərzaq məhsullarının gəlməsinə qarşı sərhədin bağlanması;

Polşada heyvandarlığın mühafizəsi.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin