Qəzzada həlak olanların sayı açıqlandı

17:38 - 10 Mart 2024

Qəzzada həlak olanların sayı açıqlandı

İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri həlak olan fələstinlilərin sayı 31 mini keçib, 72,6 mindən çox insan isə yaralanıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.

Departamentin Telegram kanalında yayımladığı bəyanatda deyilir: “Ötən ilin oktyabrından bu günə qədər İsrailin Qəzzadakı əməliyyatları nəticəsində qurbanların sayı 31 045 nəfərdir, daha 72 654 nəfər yaralanıb”.

Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, təkcə son 24 saat ərzində zolaqda 85 nəfər ölüb, daha 130 nəfər yaralanıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin