ABŞ-nin yeni silahı - Hipersəsli təyyarə

08:05 - 11 Mart 2024

ABŞ-nin yeni silahı - Hipersəsli təyyarə

ABŞ hipersəsli “Talon-A” (TA-1) təyyarəsini sınaqdan keçirib.

 

Bu barədə Manset.az  "Stratolaunch LLC" şirkətinin saytına istinadən xəbər verir.

“Stratolaunch” MMC “Talon-A” sınaq təyyarəsi olan TA-1-in ilk idarə olunan uçuşunun uğurla başa çatdığını məmnuniyyətlə xəbər verir”, - məlumatda deyilir.

Şirkət ABŞ Hərbi Dəniz Qüvvələrinin hipersəsli uçuşun inkişafı proqramı çərçivəsində müqavilə alıb. Qurğunun havadan təhlükəsiz eniş, mühərrikin alışması, sürətlənməsi, dırmaşması və suya idarə olunan eniş üçün sınaqdan keçirildiyi bildirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin