Biləsuvarda qəza: 2 nəfər yaralandı

21:00 - 10 Mart 2024

Biləsuvarda qəza: 2 nəfər yaralandı

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Biləsuvar şəhərində, Melioratorlar qəsəbəsinin yaxınlığında baş verib.

 

Manset.az  xəbər verir ki, Vəliyev Mirəli Abasət oğlunun idarə etdiyi “Hundai Santa Fe” və Vəliyev Alim Rzaxan oğlunun “Vaz 2109” markalı minik avtomobilləri toqquşub.

Qəzada “Vaz 2109” markalı minik avtomobilin sürücüsü və digər avtomobilin sərnişini olan Tahirova Şəfəq Gülağa qızı müxtəlif dərəcəli xəsarət alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin