Güclü yağış nəticəsində evi su basdı - VİDEO

00:10 - 11 Mart 2024

Güclü yağış nəticəsində evi su basdı - VİDEO

Bakının Qaradağ rayonunda yerləşən fərdi yaşayış evini su basıb.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə yağan intensiv yağışlar səbəbindən Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin və həyətyanı sahəsinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Görülmüş tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib", - deyə qeyd olunub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin