Baş nazir təkrar seçki üçün “Şokolad şəlaləsi” vədi verdi

10:50 - 11 Mart 2024

Baş nazir təkrar seçki üçün “Şokolad şəlaləsi” vədi verdi

Avstraliyanın Tasmaniya əyalətinin baş naziri Ceremi Roklif yenidən seçki vədi olaraq dünyanın ən böyük şokolad şəlaləsini inşa edəcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Roklif bunu əyalətin paytaxtı Hobart yaxınlığındakı Cadbury şokolad fabrikinə baş çəkərkən deyib.

O , "şokolad təcrübəsi" üçün 12 milyon dollar xərclənəcəyini söyləyib.

Roklif əgər yenidən seçilərsə, hökumətinin “Monadan üzü bəri turizm üçün ən böyük işi görəcəyini bildirib. Dünyanın ən böyük şokolad şəlaləsinin “Tasmaniyaya gələn hər bir ziyarətçi üçün mütləq görülməli olanlar siyahısını yenidən yazacağını qeyd edib.

Baş nazir açıqlamasında "şokolad təcrübəsi"nə şokolad şəlaləsi, insanların öz şokoladlarını hazırlaya biləcəyi şokolad laboratoriyası, şokolad mağazası, kafe, uşaq meydançası və "daha çox şey" daxil olacağını söyləyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin