Kursdan çıxan təyyarənin hər 2 pilotunun yuxuya getdiyi məlum oldu

11:19 - 11 Mart 2024

Kursdan çıxan təyyarənin hər 2 pilotunun yuxuya getdiyi məlum oldu

İndoneziyada uçuş zamanı pilotların eyni anda təxminən yarım saat yuxuya getdiyi ortaya çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bununıa bağlı hökumətin Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsindən açıqlama verilib.

Pilotların idarəetmə qülləsindən gələn mesajlara dəqiqələrlə cavab vermədiyi bildirilən xəbərin ardınca hadisə ilə bağlı araşdırma başladılıb.

Hadisə nəticəsində təyyarədə olan 153 sərnişin və 4 nəfərlik ekipaj xəsarət almayıb və heç bir qəza baş verməyib.

İkinci pilotun uçuşdan əvvəl “kifayət qədər dincəlmədiyini” bildirməsi də hesabatda əksini tapıb. Təxminən yarım saat kokpitdə yatan ikinci pilot oyananda təyyarənin enməyə başladığını və digər pilotun da yatdığını görüb.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin