Tokayevin rəsmi qarşılanma mərasimi oldu

12:20 - 11 Mart 2024

Tokayevin rəsmi qarşılanma mərasimi oldu

Azərbaycanda dövlət səfərinə gələn Qazaxıstan  Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də rəsmi qarşılanma mərasimi olub.

 

Manset.az xəbər verir ki, hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verib.

Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət Himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin