Sertap Erener yenidən "Eurovision" 2024-də çıxış edəcək

12:59 - 11 Mart 2024

Sertap Erener yenidən

“Eurovision”da Türkiyəyə birincilik gətirən məşhur müğənni Sertab Erener 21 ildən sonra yenidən Eurovision səhnəsinə qonaq kimi çıxacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Erener “Everyway That I Can” mahnısının fərqli versiyasını ifa edəcək.Müğənni, həmçinin, səhnə üçün xüsusi şou hazırlamağı da planlaşdırır.

Qeyd edək ki, Sertap Erener 2003-cü ildə “Eurovision” yarışmasında Türkiyəni birinci yerə gətirmişdi. Erenerin sözləri və musiqisi özünə və Dəmir Dəmirkana məxsus olan “Everyway That I Can” mahnısının aranjemanını Ozan Çolakoğlu etmişdi.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin