İsveçrədə xizəkçilər dağda itkin düşdü: 5 ölü, 1 itkin

13:19 - 11 Mart 2024

İsveçrədə xizəkçilər dağda itkin düşdü: 5 ölü, 1 itkin

İsveçrədə xizək sürmək üçün Matterhorn dağına qalxan 6 nəfər itkin düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis tur zamanı yoxa çıxan 5 xizəkçinin meyitini tapıb. İtkin düşmüş bir nəfərin axtarışları davam edir.

İsveçrə polisi verdiyi açıqlamada xizəkçilərin şənbə günü İsveçrə ilə İtaliya sərhədinin ortasında yerləşən Matterhorn dağı yaxınlığında, Zermatt-Arolla yolu yaxınlığında itdiyini bildirib.

Polis axtarış-xilasetmə işlərinə "çox pis hava şəraiti"nin mane olduğunu qeyd edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin