Çili təyyarəsində 50 sərnişin yaralandı

14:38 - 11 Mart 2024

Çili təyyarəsində 50 sərnişin yaralandı

Çilidən Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə rəsmilərin "güclü hərəkat" adlandırdığı turbulentlik səbəbindən ən azı 50 nəfər yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təyyarə Oklendə enən zaman sərnişinləri tibb işçiləri qarşılayıb.

LATAM Hava Yolları açıqlamasında uçuş zamanı güclü hərəkətə səbəb olan texniki insidentin baş verdiyini bildirib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Feldşer bildirib ki, əksəriyyəti yüngül xəsarət alan 50-yə yaxın şəxsə hadisə yerində tibbi yardım göstərilib, 13 nəfər isə xəstəxanaya aparılıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin