Kremldən Roma Papasının “ağ bayraq” çağırışına cavab

15:07 - 11 Mart 2024

Kremldən Roma Papasının “ağ bayraq” çağırışına cavab

Kremlin sözçüsü Dmitri Peskov Roma Papası Fransiskin Ukrayna ilə bağlı danışıqlarda “ağ bayraq” qaldırmaq çağırışına cavab verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov Roma Papasının fikirlərini şərh edərkən prezident Vladimir Putinin dəfələrlə Rusiyanın Ukrayna böhranının həlli üçün danışıqlara hazır olduğunu bildirdiyini qeyd edib.

Qeyd edək ki, Papa Fransiskin çıxışında Kiyev “ağ bayrağı qaldırmağa cəsarət göstərməlidir” demişdi. “Ağ bayraq” çağırışlarına cavab olaraq Ukraynanın xarici işlər naziri Dimitro Kuleba sosial mediada “Bizim bayrağımız sarı və mavi bayraqdır. Bu, bizim yaşadığımız, öldüyümüz və zəfər çaldığımız bayraqdır. Heç vaxt bir daha bayraq qaldırmayacağıq” deyə reaksiya vermişdi.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin