NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırıldı

18:00 - 11 Mart 2024

NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırıldı

NATO-nun 32-ci üzvü kimi Alyansa daxil olan İsveçin bayrağı Brüsseldəki qərargahında öz yerini tutub.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun mənzil-qərargahında keçirilən mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq, İsveç şahzadəsi Viktoriya, İsveçin baş naziri Ulf Kristersson və kabinet üzvləri, NATO-ya üzvlük üçün müraciət etmiş keçmiş baş nazir Maqdalena Andersson və siyasi partiya liderləri iştirak ediblər.

Stoltenberq və Kristersson mərasimdən əvvəl birgə mətbuat konfransı keçiriblər.

Stoltenberq İsveçin 5-ci maddənin himayəsi altında NATO-da öz layiqli yerini tutduğunu qeyd  edərək, "NATO-ya üzv olmaq həm İsveç, həm şimal bölgəsinin sabitliyi, həm də bütün Alyansımızın təhlükəsizliyi üçün yaxşıdır" deyib.

Stoltenberq NATO-nun İsveçdən qətiyyətli müttəfiq olmasını gözlədiyini vurğulayaraq, "Nüvə silahı olan müttəfiqlərin sayını artırmaq planı yoxdur. Təbii ki, mövcud konvensional qüvvələrə qarşı mövqeyimizi daim qiymətləndiririk. Bununla belə, planımız yoxdur. Baltikyanı ölkələrdə olduğu kimi İsveçdə də döyüş qrupu yaratmaq arzumuz yodu" qeyd edib.

Kristersson həmçinin Stoltenberqə göstərdiyi səylərə və ölkəsinin üzvlüyünü təsdiqlədikləri üçün müttəfiqlərinə təşəkkür edib və "Biz təvazökarıq, eyni zamanda qürurluyuz. İsveçdən gözləntilərin yüksək olduğunu bilirik, lakin özümüzdən də böyük gözləntilərimiz var" deyib. 

“Biz müttəfiqlərimizlə yükü, məsuliyyəti və riskləri bölüşəcəyik”. Kristersson, ölkəsinin quruda, havada və dənizdə NATO-ya töhfə verəcək hərbi imkanlara sahib olduğunu, müdafiəsini gücləndirdiyini, müdafiə büdcəsini Alyansın standartlarına uyğun olaraq iki qat artırdıqlarını ifadə edib.

Daha sonra İsveç bayrağı öz dövlət himninin müşayiəti ilə qaldırılaraq əlifba sırası ilə Türkiyə və İspaniya bayraqları arasında yerini tutub.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin