Sərnişindən təhlükəli hərəkət - Təyyarənin mühərrikinə dəmir pul atdı

18:09 - 11 Mart 2024

Sərnişindən təhlükəli hərəkət - Təyyarənin mühərrikinə dəmir pul atdı

Çinin Sanya hava limanında sərnişin təhlükəli hərəkətə yol verib.


Manset.az xəbər verir ki, adı açıqlanmayan sərnişin havaya qalxmağa hazırlaşan təyyarənin mühərrikinə pullar ataraq uçuşu gecikdirib. 

Hadisə sərnişinlər təyyarəyə minərkən baş verib. Təyyarə Sanyadan Pekinə uçmağa hazırlaşırmış. Səyahətçilərdən biri stüardessaya bildirib ki, o, təyyarənin mühərrikinə bir neçə dəmir pul atıb.

Nəticədə uçuş 4 saat gecikib. Hava limanının yerüstü xidməti mühərrikdən pulları çıxarıb. Sərnişin isə saxlanılıb.

Aviaşirkətin müştəri xidməti dövlət mediasına bildirib ki, təyyarənin texniki xidmət heyəti hərtərəfli təhlükəsizlik yoxlaması keçirib və havaya qalxmazdan əvvəl heç bir təhlükəsizlik probleminin olmadığını müəyyən edib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin